Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-06-2024 , 16:21

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +
Bələdiyyədə təcrübə kursuna gələn tələbələrlə görüş keçirilib

Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov  bələdiyyəmizdə 1 ay ərzində davam edən təcrübə kursunu müvəffəqiyyətlə bitirən  Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin  tələbələri ilə görüşüb. Görüşdə sədr Qoşqar Məmmədov hər bir tələbəni təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr Qoşqar Məmmədov bildirib ki, tələbələrinin təcrübə kursunu bələdiyyədə keçmələri, gənclərin bələdiyyə fəaliyyətini daha dərindən öyrənmələrinə xidmət edir və onların gələcəkdə bələdiyyə sahəsində ixtisaslarına uyğun çalışmalarında stimul yaradır.

Gəncə Şəhər Nizami Bələdiyyəsi




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər